Bu gün Binəqədi rayonu ərazisində sürücü və onun qohumları ilə Yol Polisi əməkdaşları arasında qarşıdurma yaranıb. Bu gün Binəqədi rayonu ərazisində sürücü və onun qohumları ilə Yol Polisi əməkdaşları arasında qarşıdurma yaranıb.

Sürücü və qohumları ilə qarşıdurma- Polislər yaralandı

Bu gün Binəqədi rayonu ərazisində sürücü və onun qohumları ilə Yol Polisi əməkdaşları arasında qarşıdurma yaranıb.


AzNews.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən qafqazinfo-ya verilən məlumata görə, saat 11 radələrində Binəqədi rayonu ərazisində əvvəllər məhkum olunmuş Nurlan Manafov "Tofaş" markalı avtomobili idarə edərkən sürət həddini aşdığına və nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik etdiyinə görə ərazidə xidmətdə olan Yol-Patrul Xidmətinin əməkdaşları tərəfindən ona "saxla" işarəsi verilib. Polisin qanuni tələbinə məhəl qoymayan sürücü avtomobilin sürətini daha da artıraraq yol hərəkəti qaydalarını davamlı şəkildə pozmaqla digər hərəkət iştirakçıları üçün real qəza şəraiti yaradaraq avtoxuliqanlıq hərəkətlərini davam etdirərək Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki yeni yaşayış massivinə daxil olub.

Sürücünün məsuliyyətə cəlb edilməsi üçün qeyd edilən ünvana gələn Binəqədi RPİ DYPŞ-nin əməkdaşları Nurlan Manafovun qohumlarının zor tətbiqi və kobud müdaxilələri ilə üzləşiblər. Əllərində müxtəlif kəsici və küt alətlər olan bir neçə şəxs xidməti vəzifələrinin icrasını həyata keçirən polis əməkdaşlarına qarşı zor tətbiq edərək onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, xidməti "BMW" markalı avtomobilə isə maddi ziyan vurublar.

Dərhal görülən tədbirlər nəticəsində hadisənin iştirakçıları əvvəllər məhkum olunmuşlar Nurlan Manafov və Vüsal Əliyev, eləcə də Teymur Əliyev, Rəcəb Manafov, Xatirə Əliyeva saxlanılıblar. Müvafiq təlimata uyğun olaraq onlar xidməti "Fiat Doblo" markalı avtomobildə RPİ-yə gətirilərkən Rəcəb Manafov qaçıb, Xatirə Əliyeva isə qaçmağa cəhd edərkən yıxılaraq xəsarət alıb.

Faktla bağlı Binəqədi RPİ-də cinayət işi qaldırılıb, araşdırmalar aparılır.