Həbs edilənlərin sayı 30 yox, 84 nəfərdir Həbs edilənlərin sayı 30 yox, 84 nəfərdir

Qaraçuxurdakı atışmada saxlanılanların dəqiq sayı bəlli oldu- EKSKLÜZİV

Həbs edilənlərin sayı 30 yox, 84 nəfərdir



Saxlanılanlar arasında idmançılar da var


Oktyabrın 18-i saat 19:45 radələrində Bakının Qaraçuxur qəsəbəsindəki "Yağmur" restoranında kriminal aləmin nümayəndələrinin həbsi ilə nəticələnən hadisə ilə bağlı AzNews.az-a maraqlı məlumatlar daxil olub.

Mənbə bildirib ki, həbs edilənlərin sayı 30 yox, 84 nəfərdir: "Nəriman adlı avtoritetin həbsxanadan çıxması ilə əlaqədar keçirilən toplantıda iştirak edən hər kəs həbs edilib. Bundan başqa restoranda olanların demək olar ki, hamısı xəsarət alıb. Dünəndən bəri DİN-nin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində saxlanılanların heç biri buraxılmayıb. Yəqin ki, onların bəzisinə bir neçə sutka veriləcək ki, bu müddətdə xəsarət izləri yox olsun".

Mənbə həmçinin, restoranda həbs edilənlər arasında idmançıların da olduğunu bildirib.

Elnur Əzimov
AzNews.az