56 yaşlı qadın itkin düşdü - Azərbaycanda

Ağcabədi rayonunda 56 yaşlı qadın itkin düşüb.

AzNews.az Report-a istinadən xəbər verir ki, rayonun Qaravəlli kəndində yaşayan Fatma Nədulla qızı Məhərrəmova itkin kimi axtarışa verilib. Qadın avqustun 25-də axşam saatlarında naməlum şəraitdə itkin düşüb. Ağcabədi Rayon Polis Şöbəsinin təhqiqat qrupu araşdırmalar aparıb və Fatma Məhərrəmova barəsində itkin düşmüş kimi axtarış elan edilib. Hazırda onun tapılması istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, Fatma Məhərrəmovanın üç övladı və dörd nəvəsi var.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsi axtarış elan edib, araşdırma aparılır.