Ələt-Astara maqistralında ağır qəza - 1 ölü, 1 yaralı

Ələt-Astara maqistralının Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsindən keçən hissəsində ağır yol qəzası baş verib.


AzNews.az-ın Report-a istinadən xəbərinə görə, "VAZ-2107" markalı avtomaşınla "Mercedes"-in toqquşması nəticəsində iki nəfər ağır xəsarət alıb.

42-BL-729 dövlət nişanlı "VAZ-2107" avtomobilinin sürücüsü 1938-ci il təvəllüdlü Məmmədov Hidayət Xəlil oğlu həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib. 2011-ci il təvəllüdlü Məmmədova Zeynəb Ruslan qızının dalağı partladığından təcili olaraq əməliyyata alınıb.

42-BA-422 dövlət nişanlı "Mercedes" markalı avtomaşının sürücüsü Xolməli kəndinin sakini Hüseynov Fail Xudaverdi oğlu isə qəza nəticəsində xəsarət almayıb.