Toqquşma: yaralılar var

Hadisə nəticəsində 8 nəfər müxtəlif bədən xəsarətləri alıb



Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda sərnişin daşıyan mikroavtobus minik maşını ilə toqquşub, ağır xəsarət alanlar var. APA-nın məlumatına görə hadisə yolun 96-cı kilometrliyində, Oğuz rayonu ərazisində qeydə alınıb.

Şəki sakini, 1987-ci il təvəllüdlü Hümbətov Tehran Məhyəddin oğlu Bakı-Şəki marşurutu üzrə idarə etdiyi 90-MP-131 dövlət nömrə nişanlı "Ford Tranzit" markalı sərnişin mikroavtobusu qarşı tərəfdən gələn Oğuz sakini, 1976-cı il təvəllüdlü İsgəndərov Telman Fərman oğluna məxsus 90-DT-680 dövlət nömrə nişanlı "Mitsubishi Pajero" markalı minik maşını ilə toqquşub.

Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, eləcə də mikroavtobusun sərnişinləri -1957-ci il təvəllüdlü Mustafayeva Südabə Salman qızı, 1973-cü il təvəllüdlü Əlimov Adil Məmməd oğlu, 1967-ci il təvəllüdlü Rəsulov Ayaz Feyzulla oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Daha 3 sərnişin isə yüngül xəsarətlə xəstəxanaya müraciət edərək ambulator müalicə alaraq evə buraxılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

AzNews.az