Mingəçevirdə bıçaqlanma

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib.


AzNews.az-ın APA-ya istinadən xəbərinə görə, 1983-cü il təvəllüdlü Həbiyev Amil Sədrəddin oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmyerlisi, 1967-ci il təvəllüdlü Məmmədov Namiq Əbülfəs oğluna bıçaqla xəsarət yetirib.

N. Məmmədov Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib. Hadisəni törədən şəxs isə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.