Bakının Səbail rayonunda mənzildə meyit tapılıb. Bakının Səbail rayonunda mənzildə meyit tapılıb.

44 yaşlı kişi mənzilində ölü tapıldı

Bakının Səbail rayonunda mənzildə meyit tapılıb.


AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda mənzildə 1971-ci il təvəllüdlü Şahtaxtinski Əli Məhəmməd oğlunun bağlı qapı arxasında qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkar edibh. Ə. Şahtaxtinskinin cəsədi aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 19:51-də başa çatıb.