Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Sabunçu rayonunda dindarların etiraz aksiyası keçirməsi məsələsinə reaksiya verib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Sabunçu rayonunda dindarların etiraz aksiyası keçirməsi məsələsinə reaksiya verib.

Sabunçuda dindarların aksiya keçirməsinə - Rəsmi Reaksiya

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Sabunçu rayonunda dindarların etiraz aksiyası keçirməsi məsələsinə reaksiya verib.


Qurumun sədr müavini Səyavuş Heydərov AzNews.az-a açıqlamasında bildirib ki, Müsəlman Birliyi Hərəkatı adlanan qurumun idarə heyətinin sədr müavini kimi təqdim edilən və xuliqanlıq hərəkətlərinə yol verdiyi üçün polis bölməsinə aparılan Elçin Qasımov və digər şəxslər rəsmi din xadimləri və dini icma üzvləri deyillər: "Sözügedən qurum rəsmi qeydiyyatdan keçməyib. Elçin Qasımovun saxlanılmasına etiraz bildirən bir qrup şəxs polis idarəsinin qarşısına gələrək ictimai asayişi pozmağa cəhd göstərib. Nəticədə polis əməkdaşlarına müqavimət göstərən şəxslər də xuliqanlıq hərəkətlərinə yol verdiyi üçün saxlanılıblar. Onu da qeyd edim ki, Elçin Qasımov və digər şəxslər rəsmi din xadimləri və dini icma üzvləri deyillər və bu barədə onlar tərəfindən Qafqaz Müsəlmanları İdarəsinə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə heç bir müraciət olmayıb. Həmin şəxslərin dini ibadət yerlərində dini ayinlərin icrasına rəhbərliyi həyata keçirmələrinə rəsmi icazələri yoxdur. Lakin dəfələrlə onlar tərəfindən dini ayinlərin icrası adı altında ictimai asayişi pozmağa cəhdlər göstərilib. Nəticədə dindən istifadə etməklə siyasi xarakterli hərəkətlər-çağırışlar ediblər.

Dəfələrlə onlara müvafiq dövlət orqanları tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, qanunazidd hərəkətlərini davam etdiriblər. Hazırki şəraitdə isə bu tipli adamlar özlərinin xuliqanlıq hərəkətlərini dini amillə pərdələməyə çalışırlar. Ölkəmizdə ənənəvi islami dəyərlər qorunur və hər kəsin dini ayinləri icrasına heç bir maneçilik yoxdur".