Quba rayonunun Xınalıq kəndində Rüfət Kəlbiyev adına internat tipli tam orta məktəbin damı çöküb. Quba rayonunun Xınalıq kəndində Rüfət Kəlbiyev adına internat tipli tam orta məktəbin damı çöküb.

Qar məktəb binasının damını çökdürdü - FOTO

Quba rayonunun Xınalıq kəndində Rüfət Kəlbiyev adına internat tipli tam orta məktəbin damı çöküb.


AzNews.az-ın Report-a istinadən xəbərinə görə, buna səbəb güclü qar yağmasıdır. Hadisə qeyri-dərs gününə təsadüf etdiyindən xəsarət alan olmayıb.

Məktəbin direktoru Ənvər Məmmədov bildirib ki, damın təxminən 20 faizi çöküb:

"Bu, son 10 ilin ən güclü qarıdır".

Qeyd edək ki, Quba-Xınalıq yolu 6 gündür bağlıdır. Son bir ayda həmin yol güclü qar yağması səbəbindən beş dəfə bağlanıb.