Dərman vasitələri haqqında Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən Azərbaycanın gömrük ərazisinə gətirilən dərman vasitələrinin gömrük orqanı tərəfindən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi dərman vasitələrinin müvafiq qaydada dövlət qeydiyyatına alınmaqla Azərbaycan Səhiyyə Nazirliyinin rəyi və icazəsi əsasında həyata keçirilir. Dərman vasitələri haqqında Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən Azərbaycanın gömrük ərazisinə gətirilən dərman vasitələrinin gömrük orqanı tərəfindən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi dərman vasitələrinin müvafiq qaydada dövlət qeydiyyatına alınmaqla Azərbaycan Səhiyyə Nazirliyinin rəyi və icazəsi əsasında həyata keçirilir.

Gömrük Komitəsindən dərmanlarla bağlı - Açıqlama

Dərman vasitələri haqqında Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən Azərbaycanın gömrük ərazisinə gətirilən dərman vasitələrinin gömrük orqanı tərəfindən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi dərman vasitələrinin müvafiq qaydada dövlət qeydiyyatına alınmaqla Azərbaycan Səhiyyə Nazirliyinin rəyi və icazəsi əsasında həyata keçirilir.

Bu barədə AzNews.az-a Dövlət Gömrük Komitəsindən daxil olan məlumatda deyilir.

Qeyd olunur ki, eyni zamanda ölkəyə gətirilən dərman vasitələrinin mal partiyaları üzərində gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin, o cümlədən Səhiyyə Nazirliyi tərəfindən təqdim olunmuş rəy və icazə sənədlərindəki məlumatların gətirilən mallarla uyğunluğuna nəzarətin daha da gücləndirilməsi və bu sahədə dövlət nəzarətinin səmərəliliyinin artırılması məqsədilə Səhiyyə Nazirliyinin müvafiq qurumları ilə əlaqələndirilmə işinin genişlərindirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Komitənin məlumatında bildirilir ki, Azərbaycanın gömrük ərazisinə gətirilən dərman vasitələrinin ölkə sərhədindən qanunsuz keçirilməsinin qarşısının alınması ilə əlaqədar müvafiq tədbirlər həyata keçirilib və nəticəsi üzrə görülmüş işlər haqqında məlumatlar mütəmadi olaraq ictimaiyyətə çatdırılıb.