Balakəndə həkimin evinə soyğunçuluq məqsədi ilə girmiş Bakı şəhər sakinləri həbs edilib. Balakəndə həkimin evinə soyğunçuluq məqsədi ilə girmiş Bakı şəhər sakinləri həbs edilib.

Həkimin evini qarət edən soyğunçular - Tutuldu

Balakəndə həkimin evinə soyğunçuluq məqsədi ilə girmiş Bakı şəhər sakinləri həbs edilib.


AzNews.az xəbər verir ki, Balakən rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, ötən ilin noyabr ayının 19-u rayonun Talalar kənd sakini Xəlifə İsgəndər oğlu Yolçiyev Balakən rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, noyabr ayının 18-i axşam saat 23:30 radələrində yaşadığı evin açıq qalmış qapısından 4 nəfər maskalı naməlum şəxs evə girərək, onu və ailə üzvlərini bıçaqla hədələyərək pul vermələrini tələb ediblər. Daha sonra maskalı naməlum şəxslər pul olmadığını bildikdən sonra evdən iki ədəd müxtəlif markalı mobil telefon və Xəlifə Yolçiyevə məxsus "Nissan" markalı minik avtomobilinin açarlarını götürərək hadisə yerini tərk ediblər.

Balakən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində carı ilin yanvarın 15-i cinayəti törətmiş rayonun Qullar kənd sakini, 1991-ci il təvəllüdlü Mübariz Aydın oğlu Yetimov və qəsdən adam öldürməyə görə, 12 il məhkumluq həyatı yaşamış Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Güləli Əzizağa oğlu Abdullayev, yanvarın 16-ı isə digər Bakı şəhər sakinləri – 1992-ci il təvəllüdlü Zahid Xudaverdi oğlu Məmmədov və 1992-ci il təvəllüdlü Fərid Fikrət oğlu Məmmədov saxlanılıblar. Aparılmış ilkin istintaq zamanı həbs edilən şəxslər törətdikləri cinayət hadisəsini etiraf ediblər.

Faktla bağlı Balakən RPŞ-də CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb, təqsirlənən şəxslərin rayonda törədilmiş digər cinayətlərdə iştirak edib etməməsi-araşdırılır.

Məlumatda o da bildirilir ki, cinayəti törədən şəxslərin soyğunçuluq məqsədi ilə qarət etmək istədikləri Xəlifə Yolçiyevin Balakən şəhəri ərazisində özünə məxsus özəl tibb kabineti var və orada həkim işləyir.