Qubada istirahət mərkəzində törədilən qətlin bəzi təfərrüatları məlum olub. Qubada istirahət mərkəzində törədilən qətlin bəzi təfərrüatları məlum olub.

Qubada istirahət mərkəzində törədilən qətlin - Təfərrüatı

Qubada istirahət mərkəzində törədilən qətlin bəzi təfərrüatları məlum olub.


Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Könül Zülfü qızı Zalova tanışı, 1982-ci il təvəllüdlü Elməddin Əziz oğlu Əhmədovla birgə istirahət etmək üçün yanvarın 13-də Quba rayonu Qəçrəş yaşayış massivində fəaliyyət göstərən "Retro" ailəvi istirahət mərkəzinə gediblər. Onlar gecəni bir yerdə keçiriblər. Yanvarın 14-də E. Əhmədovla K. Zalova arasında mübahisə düşüb. Aralarında yaranmış mübahisə zəminində E. Əhmədov K. Zalovanı boğaraq öldürüb. Daha sonra isə K. Zalovanın "İnfiniti FX 35" markalı, 10 OD 999 dövlət nömrə nişanlı avtomobilini və mobil telefonunu götürərək hadisə yerindən qaçıb.

Həyata keçirilən tədbirlər nəticəsində E. Əhmədov tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Quba rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.




APA.az