Rusiyada azərbaycanlı oliqarx Mübariz Mənsimovun “Palmali” ASC şirkətinin direktoruna qarşı xüsusilə iri məbləğdə vergidən yayınma ittihamı üzrə cinayət işi qaldırılıb. Rusiyada azərbaycanlı oliqarx Mübariz Mənsimovun “Palmali” ASC şirkətinin direktoruna qarşı xüsusilə iri məbləğdə vergidən yayınma ittihamı üzrə cinayət işi qaldırılıb.

“Palmali“nin direktoruna cinayət işi açıldı

Rusiyada azərbaycanlı oliqarx Mübariz Mənsimovun “Palmali” ASC şirkətinin direktoruna qarşı xüsusilə iri məbləğdə vergidən yayınma ittihamı üzrə cinayət işi qaldırılıb.


Rostov vilayətinin hüquq-mühafizə orqanları tərəfindən qaldırılmış cinayət işinə əsasən "Palmali" gəmiçilik şirkətinin direktoru Aleksey Mixelyev 1 milyard 282 milon rubl məbləğind vergini gizlətməkdə ittiham olunur.

İttiham aktına əsasən şübhəli Mixelyev Rostovun Leninsk rayounun vergi müfəttişliyinə şirkətin 2010-2011-ci illərdəki fəaliyyətinə dair vergi bəyannaməsi təqdim edib. Bu bəyannamədə yalan məlumatlar əksini tapıb, şirkətin su nəqliyyatı ilə daşıdığı yüklərdən əldə edilən gəlirlərin məbləği azaldılıb. Nəticədə şirkət iki il ərzində 1 milyard 282 milyon rubl vergini az ödəyib. Bu, indiki kursla təxminən 150 milyon dollar deməkdir. Toplanan faktlar əsasında İsintaq İdarəsinin yerli şöbəsi tərəfindən Mixelyevin barəsində xüsusilə iri məbləğdə vergidən yayınma maddəsi ilə cinayət işi qaldırılıb.


Virtualaz.org