Voleybolçu qadınlardan ibarət milli komandamız bu gün Avropa Liqasının final mərhələsinin ilk oyununa çıxacaq. Voleybolçu qadınlardan ibarət milli komandamız bu gün Avropa Liqasının final mərhələsinin ilk oyununa çıxacaq.

Terrordan təşvişə düşən voleybolçularımızın - İlk oyunu

Voleybolçu qadınlardan ibarət milli komandamız bu gün Avropa Liqasının final mərhələsinin ilk oyununa çıxacaq.


AzNews.az-ın məlumatına görə, millimizin rəqibi Slovakiya yığması olacaq.

Görüş Nitra şəhərindəki idman sarayında olacaq. Qarşılaşmanı serbiyalı Mirko Yankoviç və macarıstanlı Eva Tibor idarə edəcək.

Xatırladaq ki, iyunun 28-də Türkiyədə baş verən terror hadisəsinə görə voleybolçularımız qardaş ölkədə qalmışdılar. Terror baş verən zaman voleybolçularımız hava limanına yaxın olan otellərin birində olublar. Uçuş saatının vaxtı dəqiq deyilmədiyi üçün millimizin Slovakiya yığması ilə görüşün baş tutub tutmaması sual altında idi.

Hətta bu barədə yerli federasiyadan Avropa Voleybol Konfederasiyasına da məlumat verilmişdi. Ancaq uçuşlar bərpa olunduğu üçün millimiz dünən axşam saatlarında matçın baş tutacağı şəhərə yollanıb.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Faiq Qarayevin yetirmələri Yunanıstanı məğlub edərək (3:1, 3:1) finala yüksəlib.

Slovakiya isə yarımfinalda Sloveniyadan (3:2, 3:1) üstün olub.

Cavab oyunu iyulun 3-də Bakıda keçiriləcək.

Aygün