Çempionlar liqasında II təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək. Çempionlar liqasında II təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək.

“Qarabağ” üçün ÇL sınağı

Çempionlar liqasında II təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək.


AzNews.az-ın məlumatına görə, Azərbaycan çempionu "Qarabağ" 2016/17 mövsümündə ilk matçına çıxacaq. Ağdam təmsilçisi evdə Lüksemburq çempionu "Düdelanj"la qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyun saat 21:00-da start götürəcək.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 20-da Lüksemburqda keçiriləcək.

12 iyul Çempionlar Liqası, II təsnifat mərhələsinin ilk oyunu - 21:00

"Qarabağ" (Azərbaycan) - "Düdelanj" (Lüksemburq)

Baş hakim: Orel Qrinfild
Yan xətt hakimləri: Danni Krasikov, İdan Yarkoni
Dördüncü hakim: Menaşe Masiah (hamısı İsrail)