Şəhid komandiri anan fan klubun həmtəsisçisindən - Açıqlama

Xəbər verdiyimiz kimi, dünən Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları zamanı “Qarabağ” Lüksemburq çempionu "Düdelanj"ı qəbul edib.


Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə başa çatdı. Oyun zamanı ən diqqət çəkən məqamlardan biri isə azarkeşlərin aprel döyüşlərində şəhid olan, dünən isə doğum günü olan Raquf Orucovu unutmamalıdır. Xatırladaq ki, yaşasaydı dünən ölməz komandirin 44 yaşı tamam olacaqdı.

"İmarət" fan klubunun həmtəsisçisi Şükür Cavad AzNews.az-a vətən uğrundə şəhid olmuş komandirin oyunda yad edilməsiylə bağlı danışıb: "Bu fikir "İmarət" fan klubunun üzvlərindən gəldi. Bizim fan klub şəhidlərimizi həmişə diqqətdə saxlayır. "Qarabağ"ın oyunu Raquf Orucovun doğum günü ilə üst-üstə düşdüyü üçün biz belə bir pankart hazırlayıb, şəhidimizi anmaq istədik".

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 20-də Lüksemburqda keçiriləcək.

Aygün İLQARQIZI