"Arsenal" rəhbərliyi klubun tarixində ilk dəfə olaraq idman direktoru vəzifəsi təsis etmək üzərində düşünür. "Arsenal" rəhbərliyi klubun tarixində ilk dəfə olaraq idman direktoru vəzifəsi təsis etmək üzərində düşünür.

"Arsenal" klub tarixində bir ilk etmək fikrindədir

"Arsenal" rəhbərliyi klubun tarixində ilk dəfə olaraq idman direktoru vəzifəsi təsis etmək üzərində düşünür.

AzNews.az goal.az-a istinadən xəbər verir ki, "topçular" həmin vəzifəyə Mixael Zork (Borussia Dortmund) və Mark Overmarsın (Ajax) namizədliyini nəzərdən keçirir. Bunlardan futbolçu kimi "Arsenal"ın şərəfini qoruyan Overmarsın şansları daha yüksək qiymətləndirilir. 4 il ərzində London klubunun uğurları üçün çalışan 44 yaşlı Overmars 1998-ci ildə İngiltərə çempionu və Kubokunun qalibi olmuşdu. "Arsenal"da idman direktoru postunun yaradılması o deməkdir ki, Arsen Venqerin müqaviləsi uzadılacağı halda transfer məsələsində onun sözü əvvəlki kimi keçməyəcək.