- Köhnə - İdman
- 14 May 2017 20:56
- 3 701
Daha bir karateçimiz qızıl qazandı - İslamiada
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında ən güclü karateçilər müəyyənləşir.
AzNews.az Trend-ə istinadən xəbər verir ki, 84 kq çəki dərəcəsində yarışan karateçilərin finalında təmsilçimiz Ayxan Mamayev Tükiyə idmançısı Alparslan Yamanoğlu ilə üz-üzə gəlib.
Gərgin keçən döyüşdə karateçimiz (1:0) qızıl medala yiyələnib.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.