Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində boks yarışlarında Azərbaycan millisinin üzvü Tayfur Əliyev (56 kq) ilk döyüşünə çıxıb. Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində boks yarışlarında Azərbaycan millisinin üzvü Tayfur Əliyev (56 kq) ilk döyüşünə çıxıb.

Daha bir boksçumuz yarımfinalda

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində boks yarışlarında Azərbaycan millisinin üzvü Tayfur Əliyev (56 kq) ilk döyüşünə çıxıb.

Azərbaycan Boks Federasiyasından AzNews.az-a verilən məlumata görə, 20 yaşlı idmançının debütü 1/4 final mərhələsinə təsadüf edib. O, Avropa Oyunlarının mükafatçısı Taoufik Kaçfi (Mərakeş) ilə qarşılaşıb.

Döyüş vaxtından əvvəl təmsilçimizin xeyrinə başa çatıb. T.Əliyev I raundda rəqibinin qaşını partladığı üçün texniki qələbə qazanıb.

Boksçumuz mayın 17-də baş tutacaq yarımfinalda özbəkistanlı Abdulxay Şaraxmatovla qarşılaşacaq.

Qeyd edək ki, T.Əliyevədək Cavid Çələbiyev (60 kq) və Teymur Məmmədov (91 kq) da 1/2 finala vəsiqə qazanıblar.