- Köhnə - İdman
- 25 May 2017 13:04
- 5 607
Kriştianu Ronaldu həbs oluna bilər– Vergilərdən yayınıb
Portuqaliyalı futbolçu 2011-2014-cü illərdə əldə etdiyi imic gəlirlərinə görə vergi ödəməyib.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, İspaniyanın maliyyə rəsmiləri Ronaldoya qarşı hüquqi proses başladıb.
İddialara görə, Ronaldu maliyyə qurumlarından 8 milyon avro gizlətməyi bacarıb.
İddialara dair əsaslı dəlillərin olduğu üzə çıxıb.
Məlumata görə, Ronaldu İspaniyanın Real Madrid klubuna transfer olmadan əvvəl 2009-cu ildə əldə etdiyi imic gəlirlərini Vircin adalarında müxtəlif şirkətlərə yatırıb. O, burada 150 milyon avro toplayıb.
Bəxtiyar Abbasov
AzNews.az