Beynəlxalq Olimpiya Komitəsinin (BOK) güləş idman növünü Olimpiada-2020-nin proqramından çıxarılması ilə bağlı tövsiyəsinə ilk radikal münasibət gəlib. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) güləş idman növünü Olimpiada-2020-nin proqramından çıxarılması ilə bağlı tövsiyəsinə ilk radikal münasibət gəlib.

Qızıl medalından imtina edir

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) güləş idman növünü Olimpiada-2020-nin proqramından çıxarılması ilə bağlı tövsiyəsinə ilk radikal münasibət gəlib.




Apasport.az saytına istinadən məlumatına görə, dünyanın ən titullu güləşçilərindən olan bolqarıstanlı Valentin Yordanov karyerası ərzində qazandığı ən böyük mükafatı - olimpiya qızılından imtina etməyi qərara alıb. Bu haqda hazırda Bolqarıstan Güləş Federasiyasına rəhbərlik edən məşhur idmançının özü bildirib.

Maraqlıdır ki, Yordanov 1996-cı ildə Atlantada sərbəst güləş üzrə keçirilən Olimpiadanın 52 kq çəki dərəcəsində çempionluğu finalda azərbaycanlı Namiq Abdullayevə qalib gəlməklə qazanıb. O, həmin qızıl medaldan imtina etməklə, BOK-un qərarın etirazını bildirib: "Mən bu barədə BOK-a rəsmi məktub göndərmişəm. Bu jestimlə quruma çatdırmaq istəyirəm ki, güləşin Olimpiya Oyunlarından çıxarılmasına heç bir halda yol vermək olmaz. Güləş bir çox dövlətlər üçün aparıcı idman növü sayılır. BOK öz qərarı ilə idmanın ənənəsini və tarixini məhv edir. Mən qızıl medalımla yanaşı, bu qurumun prezidentinə "Bolqarıstan şöhrəti" adlı kitabımı da göndərirəm. Orada vətənimdə güləşin inkişafının tarixi, uğurları, həmçinin dahi bolqarıstanlı çempion güləşçilər haqda yazılıb".

Qeyd edək ki, Yordanov 1992-ci ildə Barselona Olimpiadasının bürünc mükafatçısı, 7 qat dünya, 8 qat Avropa çempionudur.

AzNews.az