İlin ən yaxşı qapıçısı Buffon

İtaliyanın "Yuventus" klubunun qapıçısı Canluici Buffon FİFA versiyası üzrə 2017-ci ilin ən yaxşı qapıçısı seçilib.

AzNews.az xəbər verir ki, 39 yaşlı qapıçı rəqibləri Keylor Navas ("Real") və Manuel Noyeri ("Bavariya") qabaqlayıb.

Londonda keçirilən mərasim zamanı mükafatı ona "Mançester Yunayted"in sabiq qapıçısı Peter Şmeyhel təqdim edib.

Buffon bu il "Yuventus"un heyətində İtaliya çempionatı və Kubokunun qalibi olub, həmçinin Çempionlar Liqasının finalına qədər yüksələ bilib.