Tofiq Heydərov istefa verdi

Ağırlıqqaldırma üzrə Azərbaycan milli komandasının baş məşqçisi postunda dəyişiklik edilib.

Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Tofiq Heydərov işlərinin çoxluğu səbəbindən istefa verib.

Onun yerinə gənc mütəxəssis Asif Məmmədov təyin edilib. T.Heydərov fəaliyyətini federasiyanın vitse-prezidenti kimi davam etdirəcək.