21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin daha bir məşqçisinin adına aydınlıq gəlib. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin daha bir məşqçisinin adına aydınlıq gəlib.

Rəşad Sadıqov Bolqarıstandan özünə köməkçi gətirdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin daha bir məşqçisinin adına aydınlıq gəlib.

Apasport.az saytı Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Rəşad Sadıqovun köməkçilərindən biri də bu ölkənin nümayəndəsi olacaq.

Aftandil Hacıyev və Faiq Əzizovla yanaşı, Vladislav Yanuş da U-21-in məşqçi korpusunda yer alacaq. O, komandada fiziki hazırlığa cavabdehlik daşıyacaq.

Qeyd edək ki, Vladislav Yanuş əvvəllər Plovdiv “Lokomotiv”ində və “Beroe”də çalışıb. Son vaxtlar isə o, “Vereya” və “Liteks” klublarında işləyib.

AzNews.az