- Köhnə - İdman
- 3 Yanvar 2018 21:43
- 4 418
"Qarabağ"ın Antalyadakı rəqibləri məlum oldu

"Qarabağ" Antalyadakı qış təlim-məşq toplanışı zamanı 6 yoxlama oyunu keçirəcək.
AzNews.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın artıq bütün rəqibləri və bu oyunların keçiriləcəyi tarixlər məlum olub. Ağdam təmsilçisi ilk matçında yanvarın 17-si Rusiyanın "Kuban" klubu ilə qarşılaşacaq. Komanda yanvarın 20-si Polşanın "Lexiya", yanvarın 25-i öncə Makedoniyanın "Şkupi", daha sonra isə Ukraynanın "Mariopul" klubları ilə üz-üzə gələcək. "Qarabağ"ın beşinci sınağı Bosniya və Hersoqovinanın "Sarayevo" komandasına qarşı olacaq.
Son yoxlama matçında isə fevralın 3-ü Monteneqronun "Mladost" komandası Qurban Qurbanovun futbolçularının rəqibi olacaq.