- Köhnə - İdman
- 16 Fevral 2018 20:35
- 4 102
Azərbaycan atleti gümüş medal qazandı
Qış mövsümünün prestijli yarışlarından sayılan atletika üzrə Dünya Qış Turunun 5-ci mərhələsi Polşanın Torun şəhərində keçirilib.
AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, yarışda üçtəkanla tullanma növündə Azərbaycanı Aleksis Copello təmsil edib.
Madrid mərhələsinin 4-cüsü olan Aleksis Torunda 16,89 nəticə göstərərək yarışın gümüş mükafatçısı olub.