Azərbaycanın və “Qəbələ” idman klubunun kikboksçusu Alim Nəbiyev növbəti döyüşünü keçirib Azərbaycanın və “Qəbələ” idman klubunun kikboksçusu Alim Nəbiyev növbəti döyüşünü keçirib

Azərbaycan kikboksçudan növbəti qələbə - Foto

Azərbaycanın və “Qəbələ” idman klubunun kikboksçusu Alim Nəbiyev növbəti döyüşünü keçirib

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, idmançımız “Glory” seriyasında təşkil olunan yarışda qüvvəsini sınayıb.

O, Hollandiyanın Rotterdam şəhərində təşkil olunan “Glory51” turniri çərçivəsində kamerunlu Sedrik Doumbe ilə üz-üzə gəlib. Yarımorta çəki dərəcəsində baş tutan 3 raundluq döyüşün qalibi hakimlərin rəyi ilə müəyyənləşib. A.Nəbiyev yekunda 2:1 hesabı ilə qalib gəlib.

Bu, Nəbiyevin “Glory” seriyasında keçirdiyi 3-cü döyüşdə 3-cü qələbəsidir.