- Köhnə - İdman
- 5 Mart 2018 16:17
- 6 701
Nazir idmançıları təltif etdi
Bu gün Milli Olimpiya Komitəsində Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı idman mütəxəssisləri təltif edilib.
AzNews.az xəbər verir ki, gənclər və idman naziri Azad Rəhimovla MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə idmançıları mükafatlandıraraq səkkiz nəfəri respublika dərəcəli hakim, doqquz nəfəri əməkdar idman ustası, 31 nəfəri əməkdar məşqçi və 16 nəfəri idman işçisi adına layiq görüblər.
Bədən tərbiyəsi və idmanın inkişafında xidmətləri olanlara isə diplomlar təqdim edilib.