Mançester Siti-nin baş məşqçisi Roberto Mançini FA Kuboku-nun finalında Mançester Yunaytedlə oynamaq istədiklərini dilə gətirib Mançester Siti-nin baş məşqçisi Roberto Mançini FA Kuboku-nun finalında Mançester Yunaytedlə oynamaq istədiklərini dilə gətirib

“Finalda Yunaytedlə oynamaq istəyirik”

Mançester Siti-nin baş məşqçisi Roberto Mançini FA Kuboku-nun finalında Mançester Yunaytedlə oynamaq istədiklərini dilə gətirib




AzNews.az xəbər verir ki, Şəhərlilər dünən oynadıqları Barnsley qarşılaşmasında rəqibini 5-0 hesabı ilə məğlub edərək adlarını yarim finala yazdırıblar. Oyundan sonra açıqlama verən italiyalı məşqçi, finala çıxacaqlarına inandıqlarını bildirib.

"Kimlə qarşılaşacağımızı bilmirəm. Mançester Yunayted, Çelsi və ya Viqan ola bilər. Onsuzda yarımfinalda asan bir rəqiblə qarşılaşmağımız mümkün deyil. Ümid edirəm ki, finalda Mançester Yunaytedlə qarşılaşacayıq. Çünki son 2 mövsümdür İngiltərədə 2 ən güclü klub Yunayted və Siti." – Mansini belə deyib.

Qeyd edək ki, Mançestr Siti 28 həftədən sonra Premyr Liqada Mançester Yunaytedin 12 xal gerisində yer alır.

Fərid
AzNews.az