Braziliya futbolunun canlı əfsanəsi Pele yığma komandasının dünya çempionatındakı şanslarını dəyərləndirib. Braziliya futbolunun canlı əfsanəsi Pele yığma komandasının dünya çempionatındakı şanslarını dəyərləndirib.

“Əla futbolçularımız olsa da, yaxşı komandamız yoxdur” - Pele

Braziliya futbolunun canlı əfsanəsi Pele yığma komandasının dünya çempionatındakı şanslarını dəyərləndirib.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 77 yaşlı futbol adamı yığmanın Neymardan asılı olmasından narahatlıq keçirdiyini gizlətməyib.

Üçqat dünya çempionu Neymarın komandanı təkbaşına arxasınca aparacaq gücdə olmadığını düşünür: “Titenin məşqçilik bacarığına güvənirəm. Ancaq mənim narahatlığım başqadır. Yığmanın bütün futbolçuları ayrı-ayrılıqda istedadlı olsa da, dünya çempionatına az vaxt qalmış hələ də kollektiv futbol anlayışı aşağıdır. Əla futbolçularımız olsa da, yaxşı komandamız yoxdur. Neymar artıq çox güclü və təcrübəli futbolçudur. Ancaq yenə də təkbaşına kuboku Braziliyaya gətirə bilməz. Bu kuboku yalnız komanda şəklində qazanmaq olar”.

Qeyd edək ki, Braziliya millisi mundialda İsveçrə, Serbiya və Kosta-Rika ilə eyni qrupda mübarizə aparacaq.

AzNews.az