- Köhnə - İdman
- 29 İyun 2018 19:42
- 7 678
FİDE-nin prezidenti növbəti seçkilərdə iştirak etməyəcək
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov növbəti prezident seçkilərində iştirak etməyəcək.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, o, namizədliyini irəli sürmək niyyətində olmadığını və növbəti seçkilərdə Arkadi Dvorkoviçi dəstəkləyəcəyini deyib.
Qeyd edək ki, Kirsan İlyumjinov 1995-ci ildən ali şahmat qurumuna rəhbərlik edir. Prezident seçkiləri oktyabrın 3-də Gürcüstanın Batumi şəhərində FİDE-nin Konqresində keçiriləcək.