Niderlandlı pilot Maks Ferstappen finişə birinci çatdı. Niderlandlı pilot Maks Ferstappen finişə birinci çatdı.

Formula 1 Avstriya Qran Prisinin qalibi məlum oldu - Red Bull - dan bir ilk (Foto)

Niderlandlı pilot Maks Ferstappen finişə birinci çatdı.

AzNews.az xəbər verir ki, Avstriyada keçən yarışda dubla imza atan Ferrari komandası isə turnir cədvəlinə başçılıq edir.

Red Bull komandası doğma tribunalar önündə qalibiyyətə sevindi. Bu sevinci komandaya bu mövsüm ilk birinciliyi qazanan gənc pilot Maks Ferstappen yaşatdı.

Ötən gün sıralanma turunda poul qazanmasına baxmayaraq, Mercedes pilotu Valtteri Bottas starta uğursuz başladı. Son vaxtlar uğursuzluq zolağından çıxa bilməyən pilot bunun ardınca isə mühərrikdə problem yaşadığına görə, yarışı vaxtından əvvəl tərk etməli oldu.

Mühərriklərin qənimi olan bu trekdə Renault komandasının üzvü Niko Hülkenberq də yarışı sona çatdıra bilmədi. Motorunda yanğın oldu.

Bu gün 29 yaşını qeyd edən Reb Bull pilotu Daniel Rikkardoya isə mühərrik gözlənilməz surpriz hazırlayıbmış. Startda 7-ci pillədə başlayıb, önə çıxsa da, mühərrik ona sevinməyə imkan vermədi.

Bundan öncəki Fransa Qran Prisində qalib gəlməsinə baxmayaraq, bu dəfə 4 qat Dünya çempionu Lyuis Hamilton da komanda yoldaşının taleyini yaşadı. Mühərrik gücünü itirdiyinə görə, Lyuis finişə çata bilmədi. Yarışda növbəti dəfə sarı bayraqlar qaldırıldı.

Hamilton 33 yarış ard-arda xal qazanaraq, tarixi rekorda imza atmışdı. Lakin, bu 34-cü yarışda alınmadı.

Sıralanma turundakı insidentə görə 3 yer itirmək cəzası alan və yarışa 6-cı yerdə başlayan Sebastyan Fettel üçünsə yarış yaddaqalan oldu. Əvvəlcə ən yaxın rəqibi Hamiltonu ötdü, sonda isə podiuma qalxmağı bacardı.

Holland azarkeşlərin çoxluq təşkil etdiyi Avstriya trekində Maks Ferstappen bu mövzüm ilk qələbəsini qazandı. Bu günün sürücüsü seçilən gənc pilotun karyerasında 4-cü qələbədir. Deyəsən, çoxsaylı tənqidlərdən nəticə çıxarmağı bacarıb. Kanadada üçüncü, Fransada isə ikinci olmuşdu. Görək, növbəti yarışda qalib gələ biləcəkmi?

Qeyd edək ki, növbəti yarış gələn həftəsonu Britaniyada baş tutacaq.

image description image description image description image description image description image description image description