Bu gün Formula-1 üzrə Böyük Britaniya Qran-prisi keçirilib. Bu gün Formula-1 üzrə Böyük Britaniya Qran-prisi keçirilib.

Britaniya Qran-prisinin qalibi bəli oldu - Foto

Bu gün Formula-1 üzrə Böyük Britaniya Qran-prisi keçirilib.

AzNews.az xəbər verir ki, qəzalarla müşayiət olunan bu Qran-Prinin qalibi "Ferrari"nin alman pilotu Sebastiyan Fettel olub.

Doğma azarkeşləri önündə çıxış edən "Mercedes" pilotu Lüis Hemilton isə yalnız ikinci yerlə kifayətlənə bildi.

Podiumun sonuncu yeri, yəni üçüncü yer isə "Ferrari"nin dogər pilotu Kimi Raykkonenə nəsib olub.

Maks Ferstappen ("Red Bull"), Karlos Sayns ("Reno"), Romen Qrojan ("Haas"), Markus Eriksson ("Zauber", Şarl Lekler ("Zauber"), Brendon Hartli ("Toro Rosso") isə finişə çata bilməyiblər.

Fettel qələbəsini ənənəvi Misir rəqsi ilə qeyd edib:

Qeyd edək ki, S.Fettel 171 xal ilə ümumi hesabda lideridir. Onun əzəli rəqibi L.Hemilton (163) 2-ci yerdə, komanda yoldaşı K.Raykonen isə (116) 3-cü pillədə qərarlaşıb.

"Formula-1"in növbəti mərhələsi Almaniyada keçiriləcək.