Bu gün Rusiyada keçirilən Mundialda ilk yarımfinal oyunu keçirilib. Bu gün Rusiyada keçirilən Mundialda ilk yarımfinal oyunu keçirilib.

Dünya Çempionatında ilk finalçı məlum oldu

Bu gün Rusiyada keçirilən Mundialda ilk yarımfinal oyunu keçirilib.

AzNews.az xəbər verir ki, ilk yarım final oyununda Fransa və Belçika milliləri qarşılaşıb.

Görüşdə 51-ci dəqiqədə Fransa yığmasının heyətində fərqlənən müdafiəçi Umititinin vurduğu qol yeganə olub.

Beləliklə də, Belçikaya 1:0 hesabı ilə qalib gələn fransızlar finalda öz rəqiblərini gözləyirlər.

Qeyd edək ki, növbəti finalçı sabah axşam 22:00-da keçiriləcək İngiltərə-Xorvatiya matçından sonra bilinəcək.