"Neftçi" bu gün Budapeştin "Uypeşt" komandası ilə qarşılaşıb. "Neftçi" bu gün Budapeştin "Uypeşt" komandası ilə qarşılaşıb.

"Neftçi"-dən avrokubokda inamlı qələbə

"Neftçi" bu gün Budapeştin "Uypeşt" komandası ilə qarşılaşıb.

AzNews.az xəbər verir ki, bu gün "Neftçi" yeni sezonda avrokubokda ilk oyununa çıxıb.

Klubumuz ilk oyunda inamlı qələbə ilə azarkeşlərimizi sevindirə bilib.

Görüş "Flaqman"ımızın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Komandamızın heyətində yeni transfer Baqali Dabo dubl-la yadda qalıb. O, 24 və 72-ci dəqiqələrdə fərqlənə bilib. Son nöqtəni isə əsas vaxta əlavə olunmuş dəqiqələrdə Emin Mahmudov vurub.