Almaniyanın "Bavariya" futbol klubunda çıxış edən Xames Rodriqes vergidən yayındığına görə İspaniya hökümətinə 11,65 milyon avro cərimə ödəyəcək. Almaniyanın "Bavariya" futbol klubunda çıxış edən Xames Rodriqes vergidən yayındığına görə İspaniya hökümətinə 11,65 milyon avro cərimə ödəyəcək.

Daha bir futbolçuya ağır cəza - 11,65 milyon avro cərimə ödəyəcək

Almaniyanın "Bavariya" futbol klubunda çıxış edən Xames Rodriqes vergidən yayındığına görə İspaniya hökümətinə 11,65 milyon avro cərimə ödəyəcək.

"Report"un “El Mundo”ya istinadən verdiyi məlumata görə, 2014-cü ildə “Real Madrid”ə transfer olunandan sonra İspaniyaya köçən 27 yaşlı kolumbiyalı yarımmüdafiəçi 6,35 milyon avro vergi ödəmədiyi üçün cəza ilə üzləşib.

Vergi müfəttişliyi iddia edir ki, futbolçu tam həcmdə vergi ödəməlidir. Çünki onun iqtisadi fəaliyyətinin çox hissəsi İspaniya ilə bağlıdır.

Qeyd edək ki, Xames Rodriqes müqavilə "Real Madrid"ə məxsusdur. O, 2017-ci ilin yayından icarə əsasında “Bavariya”da çıxış edir.

AzNews.az