- Köhnə - İdman
- 27 Mart 2013 09:02
- 1 056
Uefa İbrahimoviçə güzəştə getdi

Uefa PSJ-nin hücumçusuZlatan İbrahimoviçin 2 oyunluq cəzasını 1 oyuna endirdi
AzNews.az xəbər verir ki,Futbolçu, PSJ-nin Valensiya ilə görüşündə, 2-1 qələbə çaldığı oyunun sonlarında rəqibinə qarşı sərt oynadığına görə qırmızı vərəqə almış və oyundan atılmışdı. Oyundan sonra İbrahimoviçə 2 oyunluq cəza verilmişdi.
Uefa isə qərara alıb ki, 2 oyunluq cəza 1 oyuna endirilsin.
İbrahimoviç 1 oyunluq cəzasını çəkdiyindən Barselona ilə keçiriləcək oyunlarda iştirak edə biləcək.
Fərid
AzNews.az