Azərbaycan şahmatçısı Azər Mirzəyev İtaliyanın Bratto şəhərində keçirilən 38-ci “Conca della Presolana” festivalında 9 mümkün xaldan 6,5 xal toplayaraq, “Masters” turnirin gümüş medalçısı adını qazanıb. Azərbaycan şahmatçısı Azər Mirzəyev İtaliyanın Bratto şəhərində keçirilən 38-ci “Conca della Presolana” festivalında 9 mümkün xaldan 6,5 xal toplayaraq, “Masters” turnirin gümüş medalçısı adını qazanıb.

Azər Mirzəyev vitse-çempion oldu

Azərbaycan şahmatçısı Azər Mirzəyev İtaliyanın Bratto şəhərində keçirilən 38-ci “Conca della Presolana” festivalında 9 mümkün xaldan 6,5 xal toplayaraq, “Masters” turnirin gümüş medalçısı adını qazanıb.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, Latviyadan olan beynəlxalq dərəcəli usta Vladimir Sveşnikov və ukraynalı qrossmeyster Eldar Həsənov da eyni xala sahibdirlər. Əlavə göstəricilər nəzərə alınaraq, V.Sveşnikov qalib elan olunub. Belorus Nikita Mayorov, polyak Zbiqnev Pakleza, rusiyalı Yevgeni Sveşnikov və hollandiyalı Yan Verle yarım xal geridə qalıblar.

İsveçrə sistemi üzrə 9 turda keçirilən “Conca della Presolana 2018” turnirində 48 şahmatçı, o cümlədən 11 qrossmeyster iştirak edib.