- Köhnə - İdman
- 28 Avqust 2018 18:45
- 7 421
Millimizdən yeni uğur
Qazaxıstanda keçirilən futbol üzrə “Prezident kuboku” turnirinə yekun vurulub.
AzNews.az AFFA-nın saytına istinadla xəbər verir ki, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması final qarşılaşmasında Krasnodar Futbol Akademiyasının U-17 komandası ilə qarşılaşıb. Oyunun əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. On bir metrlik cərimə zərbələri seriyasını daha dəqiq yerinə yetirən rəqib turnirin qalibi olub.
Yığmamızın üzvlərindən Veysəl Rzayev turnirin ən yaxşı yarımmüdafiəçisi, Musa Qurbanlı isə ən yaxşı hücumçusu elan ediliblər.
