- Köhnə - İdman
- 30 Avqust 2018 21:27
- 6 772
Ronaldu bu dəfə mövsümün ən yaxşısı ola bilmədi - Video
Çempionlar Liqasında 2017-2018-ci illər mövsümünün ən yaxşı oyunçuları bəlli olub.
AzNews.az-ın məlumatına görə, bu gün keçirilən püşatma mərasimində mövsümün ayrı-ayrı nominasiyalar üzrə qalibləri müəyyənləşib.
Ən yaxşı qapıçı adına İspaniya "Real Madrid"ində çıxış edən Keylor Navas layiq görülüb.
Onun komanda yoldaşları Serxio Ramos ən yaxşı müdafiəçi, Luka Modriç isə ən yaxşı yarımmüdafiəçi seçilib.
“Real Madrid”dən İtaliyanın “Yuventus” komandasına keçən Kriştianu Ronaldu isə ən yaxşı hücumçu naminasiyasında birinci olub.
Püşkatmadan sonra isə mövsümün ən yaxşı futbolçusu seçilib. Bu titula "Real"ın xorvat ulduzu Luka Modriç layiq görülüb.

Qeyd edək ki, portuqaliyalı ulduzun Turinlilərə vurduğu möhtəşəm qol mövsümün ən yaxşı qolu seçilmişdi.
Həmin qolu bir daha sizə təqdim edirik: