Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib. Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

Millimiz Rusiya klubunu məğlub etdi

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

AzNews.az "Report"a istinadən xəbər verir ki, dünya çempionatına hazırlıq məqsədilə keçirilən qarşılaşmada Azərbaycan millisi Rusiyanın "Dinamo" (Krasnodar) klubu ilə üz-üzə gəlib. Voleybol Mərkəzində baş tutan görüş Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan - "Dinamo (Krasnodar) - 3:0 (25:16,25:21,25:22)

Qeyd edək ki, yığma digər yoldaşlıq görüşündə isə Rusiyanın "Uraloçka" komandası ilə qarşılaşacaq. Dünya çempionatı sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyada keçiriləcək.

AzNews.az