- Köhnə - İdman
- 23 Sentyabr 2018 13:04
- 5 596
Premyer Liqada turun mərkəzi oyunu
Bu gün Topaz Premyer Liqasının beşinci turunun son iki oyunu keçiriləcək.
AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, beşinci turun ikinci gününün ilk oyununda “Keşlə” klubu doğma meydanda “ASK Arena”da “Sumqayıt” komandasını qəbul edəcək. Orxan Məmmədovun idarə etdiyi oyun Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.
Turun mərkəzi qarşılaşması isə “Azərsun Arena”da baş tutacaq. Keçən mövsüm Topaz Premyer Liqasının çempionu “Qarabağ” və gümüş mükafatçısı “Qəbələ” üz-üzə gələcəklər. Bu komandalar arasında keçirilən son 10 oyunda üstünlük Ağdam təmsilçilərindədir. Beş dəfə “Qarabağ” klubu, üç oyunda isə “Qəbələ” klubu qələbə qazanıb. İki oyunda heç-heçə qeydə alınıb.
Görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Oyunun hakimi Əliyar Ağayevdir.
AzNews.az