Oktyabrın 7-i səhər saat 07:00-da “CinemaPlus” premium kinoteatrlar şəbəkəsində çoxdan gözlənilən MMA üzrə qaydasız döyüş canlı efirdə nümayiş olunacaq. Oktyabrın 7-i səhər saat 07:00-da “CinemaPlus” premium kinoteatrlar şəbəkəsində çoxdan gözlənilən MMA üzrə qaydasız döyüş canlı efirdə nümayiş olunacaq.

Konor Makqreqorla Həbib Nurməhəmmədovun döyüşü “CinemaPlus”da

Oktyabrın 7-i səhər saat 07:00-da “CinemaPlus” premium kinoteatrlar şəbəkəsində çoxdan gözlənilən MMA üzrə qaydasız döyüş canlı efirdə nümayiş olunacaq.

AzNews.azın verdiyi xəbərə görə döyüş UFC çempionları irlandiyalı boksçu Konor Makqreqor və dağıstanlı samboçu Həbib Nurməhəmmədov arasında keçiriləcək.

UFC-229 turniri Las-Veqasdakı “Ti-Mobayl-arena”da baş tutacaq.

Konor Makqreqor isə yarım-yüngül və yüngül çəki üzrə çempiondur. O, karyerası boyu 21 döyüş keçirib, üçündə məğlub olub.

Həbib Nurməhəmmədov isə UFC-nin yüngül çəki üzrə hazırkı çempionudur. Karyerası boyu 26 peşəkar döyüş keçirib və heç birində məğlub olmayıb.

Biletlərin qiyməti 10 AZN, VIP isə 20 AZN təşkil edir.

AzNews.az