Azərbaycan - Makedoniya oyununun hakimləri bəlli oldu

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi davam edir. Turnir çərçivəsində iyunun 8-də AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da Azərbaycan - Makedoniya matçı keçiriləcək.

Artıq oyunu idarə edəcək hakimlər müəyyənləşib:

Baş hakim: Nikola Popov
Baş hakimin köməkçiləri: Georgi Slavov, Georgi Todorov
Dördüncü hakim: Georgi Yordanov
(Hakimlər briqadası Bolqarıstandandır)
Hakim-inspektor: Alain Hamer (Lüksemburq)

Elvin CanTuran
AZNews.az