“Neftçi“ “qızıl onluq“da

Avropa ölkələrinin çempionatlarında qızıl dubla imza atan klubların siyahısı açıqlanıb




Sözügedən siyahıda Azərbaycan çempionu "Neftçi"də yer alıb.

Qeyd edək ki, "ağ-qaralar" bu mövsüm Premyer Liqanın qalibi olmaqla yanaşı kuboka da sahib çıxıb və bir neçə illik həsrətinə son qoyub. Amma "Neftçi" ilə yanaşı Avropada bu uğura imza atan daha doqquz klub var.

"Qızıl onluq"da yer alan digər klublar bunlardır: "Bayern" (Almaniya), CSKA (Rusiya), Şaxtyor (Ukrayna), Olimpiakos (Yunanıstan), Celtic (Şotlandiya), Legia (Polşa), Dinamo (Tiflis, Gürcüstan), Maribor (Sloveniya) , Slovan (Slovakiya). //azerisport.az//

AzNews.az