“Fənərbaxça” futbol komandası Azərbaycana gələcək

"Fənərbaxça" futbol komandası Azərbaycana gələcək. Səfər "Xəzər Lənkəran" klubunun dəvəti əsasında baş tutacaq.

AzNews.az-ın "Xəzər Lənkəran"ın saytına istinadən verdiyi məlumata görə, "Fənərbaxça"nın Azərbaycana gəlməsi gələn il yaranmasının 10 illiyini qeyd edəcək "Xəzər Lənkəran"ın yubiley münasibətilə həyata keçirdiyi layihələrdən biridir.

"Xəzər Lənkəran" Türkiyə təmsilçisinin əsas komandası ilə iyulun 21-də saat 20:00-da Lənkəran şəhər stadionunda yoldaşlıq görüşü keçirəcək.

AzNews.az