“Qarabağ“ klubunun rəqibləri müəyyənləşdi

Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanan Ağdamın "Qarabağ" klubunun beş potensial rəqibi müəyyənləşib.

UEFA-nın saytında bildirilir ki, komandamızın rəqibi beş komandadan biri - "Sevilya" (İspaniya), "Standart" (Belçika),
"Ayntraxt" (Almaniya), "Zalsburq" (Avstriya) və "Nordsjeeland" (Danimarka) olacaq.

Avroliqanın püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 16.00-da başlanacaq.

AzNews.az