- Köhnə - İdman
- 1 Avqust 2012 18:17
- 4 283
Boksçumuz ilk qələbəsini naqdaundla qazandı
Bu gün XXX Yay Olimpiya Oyunlarında daha bir boksçumuz mübarizəyə qoşulub. 91+ çəki dərəcəsində ölkəmizin şərəfini qoruyan Maqomedrəsul Məcidov 1/8 final mərhələsində Konqo təmsilçisi Muanba Maji ilə qarşılaşıb. İlk iki dövrədə rəqibini iki dəfə nokdaun vəziyyətinə salan boksçumuz ikinci dövrənin qurtarmasına 1 dəqiqə qalmış Muanba Majini üçüncü dəfə nokdauna salıb. Hakim oyunu dayandırmaq məcburiyyətində qalıb və boksçumuz qalib elan edilib. Maqomedrəsul Məcidovun ¼ finalda rəqibi Maqomed Umarov (Rusiya) – Domonik Brezeale (ABŞ) görüşünün qalibi olacaq. APA