- Köhnə - İdman
- 14 Mart 2014 15:18
- 2 269
ABŞ - Azərbaycan oyununun vaxtı açıqlandı

AzNews.az AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, mayın 27-də San-Fransisko şəhərində ABŞ və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.
Artıq oyunun keçiriləcəyi stadion və qarşılaşmanın başlanma vaxtı müəyyənləşib. "Candlestick Park" stadionunda keçiriləcək ABŞ - Azərbaycan oyunu yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 07:00) başlayacaq.
AzNews.az