- Köhnə - İdman
- 28 Avqust 2012 23:56
- 3 151
Avropa Liqasında pley-off mərhələsinin ilk xoşbəxti bəlli oldu
Amma Rusiyanın "Dinamo" (Moskva) və Almaniyanın "Stuttgart" klubları qarşılıqlı razılıq əsasında cütün taleyinə digər iştirakçılardan daha tez aydınlıq gətirməyə qərar veriblər. Nəticədə, bu gün baş tutan cavab görüşündə qrup mərhələsinin ilk iştirakçısı müəyyənləşib. Bu, ilk oyunda 2 cavabsız qola imza atan Almaniya təmsilçisi olub. Almanlar səfərdəki oyunda da uduzmayıblar.
Qeyd edək ki, qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirinin qrup mərhələsinə vəsiqə uğrunda 62 klub mübarizə aparır. Onlar növbəti mərhələyə 31 vəsiqənin taleyinə aydınlıq gətirməlidilər.
Azərbaycan bu turnirə 3 klubla start versə də, onların hamısı mübarizəni erkən dayandırdı. "Bakı" Avroliqanı ilk, "İnter"lə "Xəzər Lənkəran" isə ikinci təsnifat mərhələsində tərk etdi. Lakin hazırda yenə bu turnirdə təmsilçimiz var. Bu, Çempionlar Liqasında üçüncü təsnifat mərhələsini məğlub başa vuran ölkə çempionu "Neftçi"di. "Ağ-qaralar" Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq üçün Kipr APOEL-indən güclü olmalıdı. Lakin tərəflər arasındakı ilk görüşdə heç-heçə qeydə alınıb – 1:1.
Avropa Liqası
Pley-off mərhələsi (cavab oyunu)
28 avqust
Dinamo (Moskva, Rusiya) - Stuttgart (Almaniya) - 1:1 (ilk oyun 0:2)
Qollar: Kokorin, 78 - İbişeviç, 61.
AzNews.az